SPORTAZE » DİGƏR » Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatı başlayıb

Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatı başlayıb

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) Formula 1 üzrə Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verib.

BŞH-in mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs proqrama qoşula bilər.

Proqrama cəlb ediləcək marşallar Qran-Prinin əvəzolunmaz bir parçası olmaq, eyni zamanda, yarış həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanı qazanacaqlar.

Yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Bu lisenziya marşallara təkcə Azərbaycanda deyil, Formula 1 üzrə Qran-Pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə də qatılmaq hüququ verəcək.


Bənzər xəbərlər

0 Azərbaycanda “Ədalətli idman həftəsi” başlayır

Azərbaycanda “Ədalətli idman həftəsi” başlayır

personAdmin 15-04-24, 11:35

Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 19-nu dünyada Ədalətli İdman Günü elan edib. Azərbaycan Milli Antidopinq...

0 “Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal

personAdmin 29-03-24, 17:49

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Sportaze.az xəbər verir ki, Viymsi qəsəbəsini...

0 Bu gün Azərbaycanın daha dörd təmsilçisi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Yay Olimpiya

personAdmin 07-08-24, 09:00

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə...

menu
menu