Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.
Sportaze.az xəbər verir ki, III dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.
İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Ertəsi gün bir görüş reallaşacaq. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.
Bənzər xəbərlər
Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat
personAdmin 27-02-24, 11:14Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə...
"Gəncə" voleybol klubu "Seçim günü"ndə
personAdmin 01-07-24, 15:50Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam...
"Gəncə" voleybol klubu Qazaxıstan millisinin
personAdmin 24-05-24, 13:14“Gəncə” voleybol komandasında yeni məşqçi təyinatı reallaşıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə, Gəncə...





