Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları 41 medal qazanıblar
Azərbaycan Stronqmen Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
Sportaze.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev ötən il əldə olunan nailiyyətlər və idmançıların qazandığı uğurlar barədə məlumat verib.
Bəxtiyar Quliyev bildirib ki, 2023-cü ildə federasiyanın idmançıları 7 beynəlxalq turnirdə güclərini sınayıblar. Həmçinin Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə 6 yarış təşkil olunub. İdmançılar beynəlxalq turnirlərdə 35 qızıl, 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə, 41 medal əldə ediblər. Ötən ilin yerli yarışlarına noyabrda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən turnirlə yekun vurulub. Bütün bunları nəzərə alaraq, federasiyanın ötənilki fəaliyyətini uğurlu hesab etmək olar.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ötən il mühüm addımların atıldığını diqqətə çatdıran federasiya prezidenti Dünya Stronqmen Federasiyasına vitse-prezident təyin olunmasını Azərbaycan idmanına növbəti etimadın göstəricisi olduğunu bildirib.
Bəxtiyar Quliyev cari il üçün yarış təqviminin artıq hazır olduğunu diqqətə çatdıraraq qeyd edib ki, martda idmançılarımızı Qırğızıstanın paytaxtı Bişkekdə açıq Asiya çempionatı və Dubayda dünya çempionatı gözləyir. İdmançılarımız artıq bu iki yarışın hazırlığına start veriblər. Ölkəmizdə də yerli yarışlarla yanaşı, mötəbər beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.
Sonra federasiyanın bir qrup idmançısına “İdman ustası” fəxri adı təqdim olunub.
Sonda cari ilin təqvim planı, təlim-məşq toplanışları və digər məsələlər barədə müzakirələr aparılıb.
Bənzər xəbərlər
Xizəkçilərimiz Avropa çempionatında güclərini sınayacaqlar
personAdmin 08-01-24, 11:19Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Sportaze.az xəbər...
Fiqurlu konkisürənimiz Vladimir Litvintsev Avropa
personAdmin 15-01-24, 11:30Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Litvanın Kaunas...
7 qurbanla doğulan Hidayətin çempionluq yoluna valideyn
personAdmin 30-07-24, 17:15Azərbaycan cüdoçusu Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmasını yaxınları böyük...





