Zədə Mahir Emrelinin başqa kluba keçidinə mane olub
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu tərk etməyəcək.
Sportaze.az xəbər verir ki, 26 yaşlı hücumçunun zədələnməsi onun baş komandaya mümkün keçidinə mane olub.
Zədə səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilən forvardın son durumuna MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən sonra ayındıq gələcək.
Futbolçu Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilmiş yoxlama görüşündə (1:0) sıradan çıxıb.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Onunla Rusiya və Türkiyə klubları yaxından maraqlanırdı.
Bənzər xəbərlər
"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
personAdmin 24-07-24, 17:16"Şamaxı" klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq...
Azərbaycan millisinin məşqçisi: "Belə oyunlarda erkən
personAdmin 22-03-24, 23:28“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin". Sportaze.az xəbər verir ki, bunu...
“Qarabağ”ın futbolçusu Polşa klubuna keçəcək
personAdmin 18-01-24, 16:39“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır. Sportaze.az Polşa mətbuatına...





