Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb
Türk mütəxəssis Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb.
Sportaze.az xəbər verir ki, 54 yaşlı məşqçi bu barədə "X" hesabında paylaşım edib.
Hazırda "Kocaelispor"un baş məşqçisi olan Sağlam 2 həftə əvvəl Azərbaycan millisindən təklif aldığını, lakin qəbul etmədiyini bildirib: "Hazırda "Kocaelispor"da qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik. İki həftə əvvəl Azərbaycan milli komandası ilə də eyni proses yaşanmışdı. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm".
Qeyd edək ki, Ertuğrul Sağlam 2023-cü ildən "Kocaelispor"a başçılıq edir. Komanda Türkiyə 1-ci Liqasında 2-ci pillədə qərarlaşıb. Sağlam 2009/2010 mövsümündə "Bursaspor"a Türkiyə çempionu titulunu qazandırıb.
Bənzər xəbərlər
Bakıda futbol hakimləri üçün seminar keçirilib
personAdmin 27-03-24, 17:26AFFA tərəfindən Bakıda Azərbaycan hakimləri üçün seminar keçirilib. Sportaze. az xəbər verir ki, bu barədə milli...
“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb
personAdmin 11-03-24, 12:18“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya “Bayer 04”ü öz rekordunu təkrarlayıb....
“Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri
personAdmin 31-05-24, 15:352024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub....





