DataLife Engine / "Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq

"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq

Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.

Sportaze.az saytının məlumatına görə, bu barədə "Fənərbağça"nın vitse-prezidenti Erol Bilecik bildirib.

Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 27-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


4-04-2024, 11:41
Вернуться назад