SPORTAZE » FUTBOL » Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb

Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

Sportaze.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.

Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.


Bənzər xəbərlər

0 “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub

“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub

personAdmin 02-01-24, 18:04

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq "Turan Tovuz" komandasının yoxlama...

0 "Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu

personAdmin 11-03-24, 11:09

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Sportaze.az xəbər verir ki, bu, XXVI...

0 "Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb

"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə

personAdmin 06-06-24, 15:59

"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. Sportaze.az klubun mətbuat xidmətinə...

menu
menu