SPORTAZE » FUTBOL » “Neftçi” yoxlama oyununda məğlub olub

“Neftçi” yoxlama oyununda məğlub olub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb.

Sportaze az xəbər verir ki, "ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub.

Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.

Bənzər xəbərlər

0 "Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

"Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

personAdmin 07-01-24, 10:52

"Araz-Naxçıvan" komandası üç futzalçı ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bunu komandanın baş...

0 "Sabah" - "Makkabi" oyununa 4500 bilet satılıb

"Sabah" - "Makkabi" oyununa 4500 bilet

personAdmin 30-07-24, 13:33

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II...

0 "Qarabağ"ın futbolçusu Rusiyada çempionluq uğrunda oynaya biləcəklərini düşünür

"Qarabağ"ın futbolçusu Rusiyada çempionluq

personAdmin 01-04-24, 13:49

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara...

menu
menu