“Qarabağ” Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb
“Qarabağ” klubu qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Sportaze.az kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin üzvü olan 28 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.
Aleksey İsayev 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. O, bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), Azərbaycanda isə “Sumqayıt”da (2018-20) çıxış edib.
Bənzər xəbərlər
Azərbaycan millisinin futbolçusu Türkiyənin “Manisa”
personAdmin 12-01-24, 15:49Azərbaycan millisinin futbolçusu Sərtan Taşkın Türkiyənin “Manisa” komandasına keçib. Sportaze.az klubun rəsmi saytına...
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq
personAdmin 01-03-24, 15:50AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək. Sportaze.az...
"Turan Tovuz"un futbolçusu əməliyyat olunub
personAdmin 24-12-24, 14:48"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub. Sportaze Tovuz təmsilçisinə istinadla xəbər...





