“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
Sportaze.az xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Dünyanın ən bahalı futbolçularının adları açıqlanıb
personAdmin 22-12-23, 18:51Dünyanın ən bahalı futbolçuları müəyyənləşib. “Transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia...
Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra
personAdmin 04-01-24, 16:50Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd...
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması
personAdmin 02-01-24, 00:53Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək. Sportaze.az xəbər verir ki, bu barədə...





